Zirdeli.NET  

Go Back   Zirdeli.NET > Azərbaycan > Sağlamliq
Yardım Ajanda Bugünki Mesajlar Arama

Cevapla
 
LinkBack Seçenekler Arama Stil
Alt 23 Nisan 2016, 18:57   #1
buse
Guest
 
Mesajlar: n/a
Standart Uşaqlar arasında qızdırma təhlükəsi varmı?




Azərbaycan Səhiyyə Nazirliyi (SN) Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, nazirliyin baş pediatrı Nəsib Quliyev ölkədə uşaqlar arasında qızdırma hallarının yayılması, bunun təsirindən hətta ölüm hallarının baş verməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
N.Quliyev Trend-ə açıqlamasında bu məlumatların yalan olduğunu söyləyib: "Bəzi şəxslər deyirlər ki, uşaqların çoxunda işləmə, qusma kimi hallara çox rast gəlinir, bu xəstəlik yayılıb. Amma bunlar dəqiq məlumatlar deyil".
Hazırda Azərbaycanda uşaqların sağlamlığı ilə bağlı ciddi problemlərin olmadığını deyən baş pediatr deyib ki, qızdırma səbəbsiz yaranmır.
N.Quliyev bildirib ki, insan orqanimizndə qızdırmaya səbəb olan infeksiyon amil olmasa, qızdırma yaranmaz və yüksəlməz: "Buna görə də yalnız qızdırma uşağın ölümünə səbəb ola bilməz. Əgər kimdəsə qızdırma, yaxud digər xəstəlik simptomları olubsa, bu, o demək deyil ki, o, qızdırmaya, yaxud digər simptoma görə tələf oldu. Belə şəxslər yalnız xəstəlik nəticəsində ölə bilər. Ona görə də xəstəliyin nə olduğunu araşdırmaq lazımdır".
N.Quliyev deyib ki, qızdırma yüksək olanda insana mütləq tibbi yardım göstərilməlidir: "Əslində, qızdırma xəstəlik zamanı bədən hərarətinin yüksəlməsidir. Qızdırma qoruyucu reaksiyadır, temperatur orqanizmi qorumaq üçün qalxır. Ona görə ki, bədənə yad bakteriya, yaxud viruslar daxil olanda onlar çoxalmağa başlayır. Bu çoxalmanın qarşısını almaq üçün də bədən özü-özünü müdafiə etməyə başlayır".
Baş pediatr qeyd edib ki, temperatur 37-38 dərəcəyə yüksələndə orqanizmdə bakteriya və virusların çoxalması üçün vacib olan biokimyəvi proseslər pozulur. Ona görə də orqanizmdəki yad bakteriya və ya viruslar çoxala bilmirlər.
Bunu orqanizmin müdafiə yollarından biri sayan N.Quliyev bildirib ki, amma hərarət 38-39 dərəcəni ötərsə, onda bu, orqanizmin özünə zərər vurmağa başlayır: "Buna hipertermik sindrom deyirlər. Hansı xəstəlikdə hipertermik sindrom müşahidə olunursa, onda qızdırmanı müəyyən həddə qədər aşağı salmaq üçün tibbi yardım göstərmək lazımdır".
N.Quliyev bəzən valideynlərin uşaqlarında xaricdən hiss olunmayan "daxili qzıdırma"nın olması barədə söylədikləri fikirləri də düzgün saymayıb: "Qızdırma yeni yüksəlməyə başlayanda damarlar sıxılır və ətraflar soyumağa, əl-ayaq göyərməyə başlayır. Bu, o demək deyil ki, qızdırma bədənin daxilində çoxalır, xaricdə yox. Qızdırma çoxalanda bu, bədənin hər yerində hiss edilir".
Həkim-konsultant Yazgül Abdiyeva isə Trend-ə bildirib ki, qızdırma salan preparatların dozasına və qəbul qaydasına diqqət etmək lazımdır. 12 yaşa qədər uşaqlarda kombinə olunmuş qızdırma salan preparatlardan istifadə etmək məsləhət deyil. Bu yaşda olan uşaqların qızdırmasının salınması üçün yalnız parasetamol və ibuprofen tərkibli preparatlar istifadə edilməlidir. Uşaqlar üçün aspirin (asetil salisil turşusu) preparatı ehtiyatla istifadə edilməlidir.
Y.Abdiyeva qeyd edib ki, qızdırmasalıcı, ağrıkəsici təsirləri olan analgin (metamizol natri) preparatının 3 aya qədər olan uşaqlara vermək məsləhət deyil: "Bu preparat 6 aydan 1 yaşa qədər olan uşaqlarda şam formada istifadə edilə bilər. 12 aydan 3 yaşa qədər olan uşaqlarda isə bu dərmanı 200 mq-dan artıq dozada istifadə etmək olmaz.
Həkim-konsultant hesab edir ki, uşaqlar üçün ən təhlükəsiz qızdırma salan preparat parasetamol hesab olunur.
Müasir farmasevtik istehsalatda qızdırmasalıcı preparatların müxtəlif buraxılış formasında istehsal edildiyini deyən Y.Abdiyeva qeyd edib ki, qızdırma salan preparatların inyeksiya formasında istifadəsi məsləhət deyil: "Uşaq dərmanı daxilə qəbul edə bilirsə və ya şam şəklində istifadə etmək mümkündürsə, preparatlardan bu formada istifadə etmək məsləhətdir. Siropun seçimi zamanı yadda saxlamaq lazımdır ki, onun tərkibinə rəngləyicilər və aromatizatorlar əlavə edilir. Bu da uşaqlarda allergik reaksiya yarada bilər. Buna görə ilk qəbuldan sonra uşağın reaksiyasına nəzarət etmək lazımdır. Üstünlük daha çox rektal şamlara verilir".

  Alıntı ile Cevapla
Cevapla

Bookmarks


Konuyu Toplam 1 Üye okuyor. (0 Kayıtlı üye ve 1 Misafir)
 

Yetkileriniz
Konu Acma Yetkiniz Yok
Cevap Yazma Yetkiniz Yok
Eklenti Yükleme Yetkiniz Yok
Mesajınızı Değiştirme Yetkiniz Yok

BB code is Açık
Smileler Açık
[IMG] Kodları Açık
HTML-Kodu Kapalı
Trackbacks are Kapalı
Pingbacks are Kapalı
Refbacks are Kapalı



Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 15:16.


Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.
casino siteleri casino siteleri casino siteleri bahis siteleri deneme bonusu konak escort etlik escort izmir escort izmir escort izmir escort istanbul travesti Anadolu Yakası Escort Kartal escort Kurtköy escort Maltepe escort Pendik escort Kartal escort altyazılı porno şişli escort istanbul escort mecidiyeköy escort beşiktaş escort taksim escort fındıkzade escort çapa escort fatih escort topkapı escort escort şişli escort bayan bayrampaşa escort merter escort escort mecidiyeköy bursa escort bursa escort bursa escort bursa escort bursa escort alt yazılı porno escort escort escort travestileri travestileri Escort bayan Escort bayan bahisu.com girisbahis.com etlik escort etimesgut escort istanbul Escort istanbul Escort Acıbadem Escort Ataşehir Escort Bostancı Escort Göztepe Escort Kadıköy Escort Kartal Escort Kurtköy Escort Maltepe Escort antalya rus escort Ankara escort bayan Escort ankara Escort ankara Escort eryaman Keçiören escort Escort ankara Sincan escort bayan Çankaya escort bayan hurilerim.com Escort escort istanbul escort beylikdüzü escort ankara escort bornova escort balçova escort mersin escort wbahis

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121