09 Nisan 2016, 22:31 | #1 |
Guest
Mesajlar: n/a
| Kamil iman sahibi olan mömin... Nə cür Allah İnancına malİkdİr? - Allah`dan başqa bir ilah olmadığını, -Hər şeyi yaradanın ancaq Allah olduğunu, - Hər işi idarə edənin Allah olduğunu, - Bütün ürəklərin ancaq Allah`ın idarəsində olduğunu, - Allah`ın hər şeyi əhatə etdiyini, - Qədəri (taleyi) təyin etdiyini, - Hər şeyə gücü yetən və dilədiyini edən olduğunu, - Hər şeydən xəbərdar olduğunu və hər şeyi eşidib gördüyünü, - Hər şeyin üzərində qoruyucu olduğunu, - Qeybi bildiyini, - Heç bir şeyə ehtiyacı olmadığını və bütün nöqsanlardan uzaq olduğunu, - Doğmamış və doğulmamış olduğunu, - Yanılmayan və unutmayan olduğunu, - Mülkün yeganə sahibi olduğunu, - Hər şeyin tək varisi olduğunu, - Daim diri olduğunu, - İzzət və şərəfin tək sahibi olduğunu, - Daim üstün və qalib olduğunu, - Ən gözəl adların sahibi olduğunu, - Hökm və hikmət sahibi olduğunu, - Qullarına şah damarlarından daha yaxın olduğunu, - Ürəklərindən keçirdikləri ən kiçik şeyi də bildiyini, - Gizlinin gizlisini bildiyini, - Sonsuz ədalətli olduğunu, - Mərhəmətlilərin ən mərhəmətlisi olduğunu, - Qullarına qarşı çox bağışlayıcı olduğunu, - Qullarını çox sevən olduğunu, - Tövbələri qəbul edən olduğunu, - Səmimi duaya cavab verən olduğunu, - Yaxşılığın və şükürün əvəzini artıqlaması ilə verən olduğunu, - İnsana hər şeyi öyrədən olduğunu, - Xəbərdar edib qorxudan olduğunu, - Ölüləri dirildən və hesab gününü yaradan olduğunu, - Dininə kömək edənlərə dünyada və axirətdə kömək edən olduğunu, - Vədinin haqq olduğunu, - İnkarçılar üçün cəhənnəmi və möminlər üçün də cənnəti yaradan olduğunu bilən bir Allah inancına malikdir. Nə cür Allah qorxusuna malİkdİr? - Yalnız Allah`dan qorxar və yalnız Ondan çəkinər - Allah`dan başqa heç bir şeydən qorxmaz. - Allah`dan gücü yetdiyi qədər çox qorxar. - İmanı və Allah qorxusunu ürəyə yerləşdirənin Allah olduğunu bilər. - Bu qorxunu yalnız çətinlik və çarəsizlik anlarında deyil, hər an yaşayar. - Allah`ın qəlblərdə olanı və gizlinin gizlisini bilən olduğunu unutmaz. - Kimsənin görmədiyi yerdə də Allah`ın görən olduğunu hər an xatırlayar. - Hesab verəcəyini bilərək hərəkət edər. - Haram və halallara diqqət edər. - Etdiyi hər şeyin əsası bu qorxu üzərinə quruludur. - Edilən hər işdə Allah`a yönələr. - Tək cəzalandıranın Allah olduğunu bilər. - Allah`ın mövqeyindən, təhdidindən və cəhənnəm əzabından qorxar. - Daha əvvəl gəlib-keçənlərə Allah`ın verdiyi əzabları unutmaz. - Hörmət dolu, içi titrəyən və şiddətli bir Allah qorxusuna malikdir. Necə bİr İmana malİkdİr? - Allah qorxusuna və Allah sevgisinə əsaslanan. - Yalnız Allah`a ibadət etdirən. - Allah`ı hər şeydən üstün tutmağı təmin edən. - Allah`dan başqa ilah axtarmayan. - Allah`a heç bir şeyi ortaq qoşmayan. - Hər şeyin Allah`dan olduğunu bilən. - Allah`ın həmişə onun yanında olub etdiklərini gördüyünü bilən. - Həyatının hər anında Allah`ın razılığını qazanmağı hədəf alan. - Bütün həyatı Allah üçün yaşamağı gərəkdirən. - Allah`ın sərhədlərini qorumağı təmin edən. - Allah`ın qarşısında acizliyini çox yaxşı bilməyi təmin edən. - Allah`ın ayələrinə qəlbən boyun əyməyi təmin edən. - Yalnız Allah`a güvənməyi təmin edən. - Köməyin ancaq Allah`dan olduğunu qavramağı təmin edən. - Daim Allah`ı xatırlamağı təmin edən. - Qurana bağlı olmağı təmin edən. - Allah`a əsla nankorluq etdirməyən. - Qiyamət gününə qəti bilgi ilə iman etdirən. - Axirətin varlığına qəti olaraq inandıran. - Dünya həyatına aldanmağa mane olan. - Gələcək narahatlığını ortadan qaldıran. - Hər işdə bir xeyir olduğunu hər an hiss etdirən. - Hər işdə Allah`a yönəlməyi təmin edən. - Sahib olunan bütün xüsusiyyətlərin Allah`dan olduğunu unutdurmayan. - Allah`a, hökmlərinə və elçilərinə könüldən itaəti təmin edən. - Şeytanın təsirinə izn verməyən. - Hər an vicdanın səsi ilə hərəkət etməyi təmin edən. - Yalnız Allah`a yönəlmiş bir ruh halı verən. - Yalnız Allah`ı və inananları dost etməyi təmin edən. - Allah`a yaxınlaşmaq üçün ciddi səy göstərən. - Allah`a hər an şükür edici olmağı təmin edən. - Gizli və açıq zəkat verməyi unutdurmayan. - Hər çətinliyə səbir edəcək və qətiyyən qorxmayacaq bir qətiyyət verən. - Üstün əxlaq qazandıran. - Göstərilən mömin əlamətlərində qətiyyət təmin edən. - Təqvada yarışıb önə keçirən bir imana malikdir. Necə bİr qədər (tale) anlayışına malİkdİr? - Hər şeyin bir qədər ilə yaradıldığını. - Doğumdan ölümə qədər hər hadisəni Allah`ın xüsusi olaraq planladığını. - Hər hadisənin ancaq Allah`ın təqdir etdiyi zamanda reallaşacağını, - Allah`a qarşı qəlbən tam güvənərək bağlanmalı olduğunu. - Könüldən boyun əyməyin məqbul olduğunu. - Allah`ın bütün zamanları bir an içində gördüyünü. - Yalnız Allah`a təslim olmanın lazımlılığını. - Nə edirsə-etsin, nəticəni Allah`ın təyin edəcəyini. - Allah`a tam bir təslimiyyət göstərdiyi təqdirdə əsla qəmgin olmayacağını. - Allah`ın yaratdığı hər görüntüdən razı olmalı olduğunu bilər. - Başına gələn hər şeyin Allah`dan olduğunu bildiyi üçün: -Həyəcana qapılmaz. -kədər və ya çətinliyə düşməz. -çaxnaşmaya qapılmaz. -ümidsizliyə düşməz. -çətinlik və əsəb keçirməz. -narahat olmaz. -qəzəblənməz. -"Kaş ki", - deməz. -ani və həddindən artıq reaksiyalar verməz. -ölüm qarşısında kədərlənməz. -əlindən gedənə və başına gələnə kədərlənməz. Hansı düşüncəyə və nə cür ağıla malİkdİr? - Quranı gərəyi kimi, yaxşıca düşünən. - Hər şeyi Quran məntiqi ilə qiymətləndirən. - Hər şeyi müsbət düşünən. - Vicdanın istiqamətləndirdiyi şəkildə hərəkət edən. - Hər şeyi qədərdə (taledə) Allah`ın təqdir etdiyi şəkildə meydana gəldiyini bilərək düşünən. - Hər hadisənin ardında gizlənən xeyir və hikməti görməyə çalışan. - Ayaq üstə, oturarkən, yatarkən, hər an daim Allah`ı düşünən. - Allah`ın varlığını və yaratmasındakı sənətini dərindən düşünən. - Allah`ın diqqət çəkdiyi mövzuları və iman həqiqətlərini araşdırıb, düşünən. - Suallarının cavablarını yalnız Qurandan tapan. - Axsamalar qarşısında həlli həmişə Quranda axtaran. - Daim dinin lehinə düşünən. - Vəsvəsə gəldiyində şeytandan olduğunu düşünüb Allah`a sığınan. - Möminlər haqqında hüsnü-zənlə düşünən. - Başqalarının ehtiyaclarını düşünə bilən. - Təcili işləri təsbit edib onlara üstünlük verə bilən. - Haqq ilə batil arasında Qurana uyğun müqayisə edə bilən. - Təmiz bir ağıl ilə düşünə bilən. - Öz yaradılışını düşünən. - Qiyaməti düşünən. - Hesab gününü düşünən. - Cənnəti və xüsusilə də cəhənnəmi düşünüb öyüd alan. - Özünə verilən öyüdləri yaxşıca düşünən. - Öz nəfsini hesaba çəkə bilən ağıl və düşüncəyə malikdir. Hansı sevgİ anlayışına malİkdİr? - Allah`ı hər kəsdən və hər şeydən çox sevər, - Peyğəmbərimizə (s.ə.v) duyduğu sevgi bütün inananlara duyduğu sevgidən üstündür. - Möminlərə olan sevgisi Allah`ın rizasına əsaslanan bir sevgidir. - Ən çox sevdiyi insanlar Allah`ın rizasını qazanmağa ən çox səy göstərən, ən təqvalı olduğunu ümid etdiyi şəxslərdir. - Dünya həyatının bəzəklərinə şiddətlə sevgi hiss etməz. - İşlədiyi xeyirlərin əvəzində Allah`ın sevgisindən başqa heç bir mükafat istəməz. - Allah`a və elçisinə qarşı baş qaldıranlara qarşı əsla sevgi duymaz. - Bir şeyə qarşı duyduğu sevgi və ehtiyac o mövzuda fədakarlıq göstərməsinə mane olmaz. Necə və nə haqda danışar? - Allah`ı ən gözəl adları ilə təsbih edər. - Sözün ən gözəlini söyləyər. - Gələcəkdə olacaq bir hadisə üçün hər zaman "Allah diləsə" mənasındakı "inşaAllah" sözündən istifadə edər. - Allah`ın sənətini əks etdirən hər gözəlliyi gördüyündə: "maşaAllah", - deyərək Allah`ın şanını ucaldar. - Allah`ın məmnun olacağını ümid etdiyi sözü söyləyər. - Danışıqlarında ayələri xatırladaraq danışar. - Hikmətli danışar. - Qısa, mənalı və aydın danışar. - Boş və faydasız söhbətlər etməz. - Ehtiyaca uyğun danışar. - Yalan söz söyləməz. - Ana və atasına qarşı "uf" belə deməyəcək qədər hörmətli danışar. - Yumşaq söz söyləyər. - Danışığı ilə qarşı tərəfə etibarlı olduğunu hiss etdirər. - Bacardığı qədər səmimi, sadə, içindən gəldiyi kimi danışar. - Gizli söhbətlərdən çəkinər. - Söylədiyi sözün nə məna verəcəyini bilərək və yaxşı düşünərək danışar. - Öyüd verərək danışar. - Bir evə girdiyində əvvəl Quranda ifadə edildiyi kimi "salam" sözünü söyləyər. - Cahillərlə qarşılaşdığında onlarla cəhalətlə danışmaz, "Salam", - deyərək keçər. - Böhtan atmaz. - Və bu cür söhbətlərə qatılmayıb şərəflə keçər. - Yaxşı və gözəl rəftarları təşviq edəcək və pis davranışlardan çəkindirəcək şəkildə danışar. - Səsində orta yol tutar, qışqıraraq danışmaz. - Ağzından çıxan hər sözdən məsul olduğunu bilər. - Boş və gərəksiz məqsədlər üçün and içməz. - Danışığında heç kimi ayıblayıb, pisləməz. - Dedi-qodu etməz. - Vicdanı hərəkətə keçirəcək təsirli sözlər söyləyər. Necə və nələrə dua edər? - Hər şeydə Allah`a yönələrək. - Yalnız Allah`a dua edərək və yalnız Ondan kömək diləyərək. - Allah`ın hər duaya cavab verdiyini bilərək. - Allah`ın ona şah damarından daha yaxın olduğunu və hər düşündüyünü anında eşitdiyini bilərək. - Allah`ı ən gözəl adları ilə təsbih edərək və bu adlarının mənalarını dərin-dərin düşünərək. - Dua edərkən Allah`dan istəyinə sərhəd qoymayaraq. - Duanın bir şəkli olmadığını, Allah`ın rizasını qazanmaq üçün edilən hər hərəkətin bir dua olduğunu bilərək. - Dua etmək üçün xüsusi bir məkan və yerə gərək olmadığını, hər zaman, hər yerdə dua edə biləcəyini bilərək. - Allah`a qarşı ola biləcək ən hörmətli şəkildə dua edər. - Yalnız çətinlik və ehtiyac içində olarkən deyil, bolluq və nemət içərisində olarkən də dua edər. - Dualarından sonra verilən nemətlərə nankorluq etməz. - Duası səmimi və içdəndir. - Allah`a yalvara-yalvara, için-için dua edər. - Nümayiş üçün dua etməz. - Qorxu və ümidlə dua edər. - Özü üçün olduğu qədər, hətta özündən daha çox peyğəmbərlər və digər möminlər üçün də dua edər. - Möminlərin sağlamlığı, təhlükəsizliyi, rahatlığı, zənginliyi və gücü üçün dua edər. - Allah`a yaxınlaşmaq, müvəffəqiyyətli olmaq, din əxlaqını ən yaxşı şəkildə yaşaya bilmək və gözəl əxlaqda səbir göstərə bilmək üçün dua edər. - Dünyada və axirətdə Allah`ın ən gözəlini verməsi, nemətlərini artırması üçün dua edər. - Heç kimin möminlərə zərər verə bilməməsi üçün dua edər. - Düşmənlərinin xor və alçaq qılınmaları və etdiklərinin əvəzini görmələri üçün dua edər. - Quranda yer verilən peyğəmbər dualarını özünə nümunə götürər. - Dualarının sonunda: “Həmd olsun aləmlərin Rəbbi Allah`a!” (Yunis surəsi, 10) - deyərək Allah`ı təsbih edər. |
Bookmarks |
Konuyu Toplam 1 Üye okuyor. (0 Kayıtlı üye ve 1 Misafir) | |
| |